Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq.
Aznews.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur.
Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub.