Tehranda 400 minlik səfərbərlik: Qadın batalyonları yaradılır

17 Sentyabr 2026 12:33 (UTC+04:00)

Tehranda könüllü dəstələrin, o cümlədən qadın batalyonlarının iştirakı ilə "Canfəda" proqramı çərçivəsində təlim və tədbirlər keçirilir.

AzNews.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Proqramın əsas elementlərindən biri avtomobillərlə hərəkət edərək silahla davranma bacarıqlarını nümayiş etdirən qadınların təlimi olub.

Paralel olaraq Tehran əyalətində "Canfəda" təlimlərinin daha miqyaslı mərhələsinə hazırlıq görülür. Zəruri könüllü batalyonlarının formalaşdırıldığı bu manevrlərə 110 minə yaxın şəxsin cəlb edilməsi nəzərdə tutulub.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı bundan əvvəl proqramda iştirak üçün kütləvi müraciətlərin olduğunu bildirib. Yerli media vasitələrinin məlumatına görə, qeydiyyatdan keçən könüllülərin sayısı artıq 400 min nəfəri ötüb.