Ermənistanda Moskvanın böyük investisiyalar yatırdığı bir sıra müəssisələrə münasibətdə Rusiya biznesinə qarşı düşmən münasibəti reydər ələ keçirmə ilə müqayisə etmək olar.
Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının elmi-ekspert şurasının rəyasət heyəti üzvlərinin iclasında bildirib.
“Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə qeyri-dost xətt və açıq-aşkar ikili standartlar nümayiş etdirilir. Rusiyanın milyardlarla dollar investisiya yatırdığı müəssisə və bütöv sahələrdə baş verənləri reydər ələ keçirmədən başqa cür adlandırmaq çətindir”, - deyə Şoyqu bildirib.
Şoyqu qeyd edib ki, söhbət Rusiya tərəfinin əvvəllər əhəmiyyətli investisiyalar yönəltdiyi müəssisə və sahələrdən gedir.
O əlavə edib ki, Ermənistan hakimiyyətinin bu cür davranışını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər açıq-aşkar absurddur.
Mövsüm,
AzNews.az