Zelenski: Rusiya-Çin və Şimali Koreya əlaqələri Şərqi Asiya üçün təhlükə yarada bilər

17 Sentyabr 2026 16:47 (UTC+04:00)

Ukraynada davam edən silahlı münaqişə Rusiya ilə Çin və Şimali Koreya arasında əlaqələrin möhkəmlənməsi səbəbindən Şərqi Asiyada regional təhlükəsizliyə dağıdıcı təsir göstərə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Təəssüf ki, Çin bu münaqişədə siyasi baxımdan bizim tərəfimizdə deyil. Söhbət hətta silahdan da getmir. Söhbət siyasi iradədən gedir və bu, çox təəssüf doğurur. Çünki bu münaqişəni başlada və dərhal dayandıra biləcək güclü liderlər arasında Çin də var”, - deyə o, Yaponiyanın NHK korporasiyasına müsahibəsində bildirib.

Zelenski qeyd edib ki, şəxsən Çin istehsalı raketlərin istifadə edildiyini heç vaxt müşahidə etməyib. Lakin o, Çindən gətirilən komponentlərin Rusiyanın pilotsuz uçuş aparatlarında və raket silahlarında istifadə olunduğunu iddia edib.

Bundan əlavə, Zelenski Şimali Koreyanı döyüş əməliyyatlarında iştirak etmək üçün hərbçilər göndərməkdə ittiham edib.

Mövsüm,

AzNews.az