Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi rusiyalıların seçkilərdə səsverməsini pozmağa yönəlmiş kampaniya aparmaqda ittiham edib.
“Bura seçkiləri pozmağa yönəlmiş məlumatların yayılması cəhdləri, eləcə də elektron prosedurlardan insanların öz nümayəndələrini seçməsi üçün deyil, hansısa formada seçkilərin özünü bloklamaq və prosesi xalqın iradəsinin ifadəsindən hansısa manipulyasiyaya çevirmək məqsədilə istifadə olunması daxildir. Bu, çox fəal şəkildə təşviq edilir”, - deyə diplomat TASS-a bildirib.
O, Rusiya Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı xaricdəki bütün diplomatik nümayəndəlikləri ilə “gecə-gündüz, sözün əsl mənasında fasiləsiz əlaqə saxladığını” bildirib.
“Xaricdə bəzi yerlərdə seçkilər artıq keçirilib. Səsvermənin keçiriləcəyi günə hazırlaşırıq”, - deyə Rusiya XİN sözçüsü əlavə edib.
Mövsüm,
AzNews.az