Universitetdə partlayış: fövqəladə vəziyyət elan edildi

1 Oktyabr 2013 07:15 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinin kampusunda partlayış olub.

"The Daily Californian"ın məlumatına görə, hadisə sentyabrın 30-da baş verib. Partlayışdan sonra yanğın baş verib. Ərazidə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, bir neçə nəfər yaralanıb. Ancaq hələlik onların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Berkli Universteti Kaliforniyann 10 ən qədim təhsil müəssisəsindən biridir.

Elnur
AzNews.az