AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq

18 Sentyabr 2026 14:57 (UTC+04:00)

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 30 sentyabr - 2 oktyabr tarixlərində Qərbi Balkan ölkələrinə səfər edəcək, burada həmin dövlətlərin Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda tərəfdaşlığını və onların mərhələli inteqrasiyasını müzakirə edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın nümayəndəsi Ariana Podesta bildirib.

Ursula fon der Lyayen altıncı illik səfəri çərçivəsində Tiranaya (Albaniya), Priştinaya (Kosovo), Podqoritsaya (Monteneqro) və Skopyeyə (Şimali Makedoniya) səfər edəcək, orada dövlət və hökumət başçıları ilə görüşəcək və Aİ tərəfindən maliyyələşdirilən layihələrə baş çəkəcək.

"Fon der Lyayen iyunda keçirilən Aİ - Qərbi Balkanlar sammitində demişdi ki, Qərbi Balkanlar olmadan İttifaqımız tam olmayacaq", - Podesta xatırladıb.

Onun sözlərinə görə, səfər gedişində Avropa Komissiyasının sədri tərəfdaşların Aİ yolundakı sonrakı addımlarına və Qərbi Balkanlar üçün İnkişaf Planının dəstəyi ilə mərhələli inteqrasiya çərçivəsindəki tərəqqiyə diqqət yetirəcək.

Fon der Lyayen orada qarşıdan gələn müvafiq olaraq parlament və ümumi seçkilərlə əlaqədar Bosniya və Herseqovinaya, həmçinin Serbiyaya daha sonra səfər etmək niyyətindədir.