Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə

18 Sentyabr 2026 15:29 (UTC+04:00)

Boliviyada “Leopardus tilcayo” və ya tilkayo pələng pişiyi adlandırılan yeni vəhşi pişik növü aşkar edilib.

AzNews.az xəbər verir ki, bu barədə “National Geographic” nəşri məlumat yayıb.

Pişiyi təxminən 10 il əvvəl bir sakin bala ikən tapıb və evinə aparıb. Təxminən bir il sonra o pişiyi sığınacağa təhvil verib. Alimlərin marağına səbəb olan pişiyin genomu öyrənildikdən sonra onun öz növünün elmə məlum olan ilk nümayəndəsi olduğu müəyyən edilib.

Tədqiqatçıların sözlərinə görə, bu, son 100 ildə aşkarlanmış ilk yeni pişik növüdür.

“Leopardus tilcayo”nun uzunluğu təxminən 45 sm, çəkisi 1,4 kiloqrama çatır ki, bu da adi ev pişiyindən daha azdır.

Alimlər ümid edirlər ki, “Leopardus tilcayo”nun aşkarlanması üçün tətbiq olunan üsullar tezliklə bütün dünyada bir çox başqa pişik növlərinin tapılmasına kömək edəcək və onların qorunmasına yanaşmanı dəyişdirəcək.