Harada tıxac var?- Yenilənib

1 Oktyabr 2013 07:55 (UTC+04:00)
Nobel prospekti şəhər istiqamətində (AFFA-nın inzibati binasının yaxınlığında) aparılan təmir işləri ilə əlaqədar yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, bu səbəbdən yolda sıxlıq müşahidə edilir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


***
09:18
Hazırda paytaxtın Heydər Əliyev prospekti, Bakı-Sumqayıt şosesi, akademik Həsən Əliyev küçəsi, İnşaatçılar küçəsi, Zərifə Əliyeva küçəsi, Moskva prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsində tıxac var.

Badamdar küçəsi, Rüstəm Rüstəmov küçəsi, Babək prospekti, Mirəli Qaşqay küçəsində nəqliyyat vasitələri sıx hərəkət edir.

AzNews.az