Pakistanın Xeybər-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Aznews.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 16-sı polis əməkdaşıdır. Bundan başqa hadisə zamanı 100-dən çox insan yaralanıb.
Həmçinin qeyd olunub ki, terrorçularla baş verən atışma zamanı 6 yaraqlı zərərsizləşdirilib.