Cəbhədə gərginlik davam edir

1 Oktyabr 2013 08:02 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


AzNews.az