Keçmiş futbolçu İsgəndər Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diploma” ilə təltif edilib.
Qeyd edək ki, İsgəndərov Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.