67 yaşlı kişi bıçaqlandı: arvadı şübhəli bilinir

19 Sentyabr 2026 16:15 (UTC+04:00)

Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.

Aznews.az xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.