Sürücülərə xəbərdarlıq

1 Oktyabr 2013 08:05 (UTC+04:00)
Bakıda Nobel prospektində şəhər istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bu səbəbdən yolda sıxlıq müşahidə olunmaqdadır. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzNews.az