"Tottenhem" klubu İngiltərə Premyer Liqasında hazırkı stadionunda ev məğlubiyyətlərinin sayına görə "Arsenal"ın göstəricisini təkrar edib.
Aznews.az xəbər verir ki, London klubunun "Tottenhem Hotspur Stadium"dakı 50-ci yenilgisi "Aston Villa" ilə matçda reallaşıb.
"Arsenal" isə eyni sayda məğlubiyyəti hazırkı stadionu "Emirates"də alıb.
Qeyd edək ki, "Emirates" 2006-cı il iyulun 22-də açıldığı halda, "Tottenhem Hotspur Stadium" ilk matçını 2019-cu il aprelin 3-də qəbul edib və arenalar arasındakı yaş fərqi təxminən 13 ildir.