ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq

21 Sentyabr 2026 11:04 (UTC+04:00)

ABŞ ordusu Ukraynanın “Skyeton” şirkətinin ABŞ-dakı bölməsi ilə 10,64 milyon dollar dəyərində “Raybird” kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.

Aznews.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Sifarişin 2026-cı il dekabrın 15-dək yerinə yetirilməsi planlaşdırılır. İşlərin icra olunacağı yer və maliyyələşmə hər bir sifariş üzrə ayrıca müəyyənləşdiriləcək.

ABŞ ordusu hazırda alınacaq PUA-ların sayını, onların hansı bölməyə veriləcəyini və hansı sensorlarla təchiz olunacağını açıqlamayıb.