UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub

21 Sentyabr 2026 13:47 (UTC+04:00)

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa qədər bütün işlərin yekunlaşacağını vurğulayıb:

"Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri bəllidir. Hazırda bu istiqamətdə iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir".

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.