Yaponiyada 1,6 milyondan çox insan tayfun səbəbilə təxliyəyə çağırılıb

21 Sentyabr 2026 16:29 (UTC+04:00)

Yaponiyada yaxınlaşan “Ducjuan” tayfunu səbəbilə 1,6 milyondan çox insanın təxliyə edilməsi barədə qərar verilib.

Yerli “NTV” telekanalı bu barədə məlumat yayıb.

Məlumata görə, İbaraki, Çiba, Tokio, Kanaqava və Şizuoka prefekturalarında 775 083 ev təsərrüfatında yaşayan 1 674 084 nəfər üçün təxliyə əmri verilib.

Bundan əlavə, Tokionun cənubunda yerləşən Oşima adasında 3 mindən çox sakin üçün “təcili təhlükəsizliyin təmin edilməsi” barədə göstəriş elan olunub.

Mövsüm,

AzNews.az