Türkiyədə silahlı insident: üç nəfər ölüb

21 Sentyabr 2026 22:52 (UTC+04:00)

Türkiyənin Diyarbəkir şəhərində borc məsələsi ilə başlayan mübahisə silahlı toqquşmaya çevrilib.

Aznews.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, atışma zamanı üç nəfər həyatını itirib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həlak olan şəxslərin meyiti ekspertiza üçün morqa göndərilib.

Faktla bağlı araşdırma aparılır.