Qaxda kafedə mübahisə bıçaqlanma ilə nəticələnib

22 Sentyabr 2026 09:00 (UTC+04:00)

Qaxda bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, rayon ərazisində yerləşən kafelərdən birində 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə yaranıb.

Mübahisə zamanı R. İslamov kəsici alətlə tanışına xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.