ABŞ Prezidenti Donald Tramp bu gün Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Bu barədə Ağ Evin yaydığı ABŞ liderinin iş qrafikindən məlum olub.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərçivəsində keçiriləcək.
Trampın Nyu-Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının iclasında çıxış edəcəyi, Danimarka və Qrenlandiya rəhbərliyi ilə əldə olunan razılaşmalarla bağlı sənədlərin imzalanma mərasimində iştirak edəcəyi bildirilib.
ABŞ Prezidenti həmçinin Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə və Yaponiya hökumətinin başçısı Sanae Takaichi ilə görüşlər keçirəcək.
Mövsüm,
AzNews.az