Makron Zelenski ilə görüşdü: Bunlar Ukraynaya veriləcək...

22 Sentyabr 2026 13:50 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüşdən sonra açıqlama verən Makron Ukraynaya radar və hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair saziş imzaladıqlarını bildirib.

UKRAYNAYA HAVA HÜCUMUNDAN MÜDAFİƏ DƏSTƏYİ

Makron “X” hesabında paylaşdığı açıqlamada Zelenski ilə intensiv görüş keçirdiklərini qeyd edib. Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı hücumlarına diqqət çəkən Makron bu hücumların milyonlarla ukraynalının elektrik enerjisi və istilik xidmətlərinə çıxışına təsir etdiyini bildirib.

Fransanın Ukraynanın qışı keçirməsi üçün dəstəyini davam etdirəcəyini qeyd edən Makron iki ölkə arasında Ukraynaya radar və hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair saziş imzalandığını açıqlayıb.

QARA DƏNİZDƏ SAKİTLİYƏ ÇAĞIRIŞ

Makron Ukraynaya dəstək məsələsini ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiyini bildirib. Enerji təhlükəsizliyinin təmin olunması baxımından Qara dənizdə sakitliyin bərqərar olmasına çağırış edən Makron bu məsələnin əhəmiyyətini vurğulayıb.

BMT-nin 81-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Makron Trampla keçirdiyi görüşdən sonra təmasların kifayət qədər səmərəli keçdiyini açıqlamışdı.

Mövsüm,

AzNews.az