Baş prokurordan Milli Şuraya ittiham

1 Oktyabr 2013 09:06 (UTC+04:00)



"El" Hərəkatının Ali Məclisinin sədri müavini Əflan İbrahimovun ifadəsi əsasında aparılan araşdırma davam edir.

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: "Onu bildirmək istəyirəm ki, bu gün seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. İstənilən namizəd seçicilərlə görüşür. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunazidd hərəkətlərin planlaşdırılması nəzərdə tutulur. Biz də bu araşdırmanı çox ciddi şəkildə davam etdiririk. Hamı bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq".

AzNews.az