Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud Yaxın Şərqdə, xüsusilə Fars körfəzi bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Bu barədə Kremlin saytında məlumat yayıb.
“Yaxın Şərqdə, xüsusilə Fars körfəzi bölgəsindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Mövcud böhranlı vəziyyətin normallaşdırılması məqsədilə bütün tərəflərin maraqları lazımi şəkildə nəzərə alınmaqla siyasi-diplomatik səylərin alternativsiz olduğu vurğulanıb”, - məlumatda deyilir.
Tərəflər həmçinin Yəməndəki hərbi-siyasi vəziyyəti müzakirə edib və döyüşlərin mümkün qədər tez dayandırılmasının, BMT-nin himayəsi altında yəmənlilər arasında dialoq üçün şərait yaradılmasının zəruriliyini təsdiqləyiblər.
Bundan əlavə, Bab əl-Məndəb və Hörmüz boğazlarından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Mövsüm,
AzNews.az