Quterreş BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb

22 Sentyabr 2026 17:34 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

AzNews.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasında vida çıxışında deyib.

O, qurumun Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini, bugünkü dünyadakı çağırışlara cavab verilməsi üçün legitimliyin və effektivliyin təmin olunması ilə əsaslandırıb.

“Təhlükəsizlik Şurası, ikinci dünya müharibəsindən sonra yaradılıb. Amma, dünya o vaxtdan bəri fundamental dəyişikliklərə məruz qalıb”,-Quterreş qeyd edib.