Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Cənubi Qafqazdakı vəziyyətə də toxunub.
Aznews.az xəbər verir ki, Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini bildirib.
“Cənab Əliyev və cənab Paşinyanın sülh və həll istiqamətində nümayiş etdirdikləri siyasi iradəni təqdir edir və dəstəkləyirik. Ermənistanla apardığımız normallaşma prosesini də qətiyyətlə davam etdiririk. Bunu məmnuniyyətlə qeyd etmək istəyirəm”, - Ərdoğan bildirib.