Məşhur müğənninin bacısı qocalar evinə yerləşdiriləcək

1 Oktyabr 2013 09:13 (UTC+04:00)
Mərhum müğənni Nəzakət Məmmədovanın bacısı, evi əlindən alındığı üçün qadın sığınacağına yerləşdirilən 75 yaşlı Mükafat Məmmədovanın taleyi ilə heç bir qohumu maraqlanmır. Bunu AzNews.az-a "Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. M.Zeynalovanın sözlərinə görə, təşkilat hazırda qadının əvvəllər sahibi olduğu mənzillə bağlı çıxarılan məhkəmə qərarını əldə etməyə çalışır:

"Çünki Mükafat xanım deyir ki, onu qorxudublar və məhkəmədə evi özü bağışladığını deyib. Məhkəmə qərarı ilə tanışlıqdan sonra sonrakı tədbirlər barədə qərar veriləcək".

M.Məmmədovanın sığınacaqda nə qədər qalacağına gəlincə, bu proses 3 ay davam edəcək: "75 yaşlı qadındır. Xüsusi baxıma ehtiyacı var. Bizim sığınacaqda 3 ay qalması mümkündür. Bundan sonra onu qocalar evinə yerləşdirməyə məcbur qalacağıq".

Elnarə
AzNews.az