Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib

23 Sentyabr 2026 08:50 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.

Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Qəbul 8 avqustda Vaşinqtonda keçirilən sammit və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının artdığı bir vaxtda baş tutub.

Bildirilib ki, tərəflər əlaqələr, enerji, ticarət və investisiyalar da daxil olmaqla əməkdaşlığın daha da gücləndirilməsini gözləyirlər.