Tramp Si Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq

23 Sentyabr 2026 13:43 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Endryus aviabazasında şəxsən qarşılayacaq.

Bu addımın təxminən 60 ildir qorunan protokoldan kənara çıxacağı bildirilir.

“Financial Times” qəzetinin yaydığı məlumata görə, bu, ABŞ-ın Ali Baş Komandanının sözügedən bazada dünya liderini şəxsən qarşılayacağı ilk hal olacaq.

Məqalədə qeyd olunur ki, bundan əvvəl belə hadisə 1962-ci ildə ABŞ Prezidenti Con Kennedinin Böyük Britaniyanın Baş naziri Harold Makmillanı uçuş-enmə zolağında qarşılaması zamanı baş verib.

Qəzet vurğulayır ki, Trampın bu jesti Si Cinpinə dərin hörmətin nümayişi kimi qiymətləndirilir.

Mövsüm,

AzNews.az