Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatına görə, çərşənbə günü Hörmüz boğazında yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib. Hadisə nəticəsində gəmidə yanğın baş verib və gəmi idarəolunmaz vəziyyətdə sürüklənib. İki nəfərin xəsarət aldığı bildirilib.
UKMTO ekipajın gəmidən təxliyə edildiyini və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Agentlik hadisənin ətraf mühitə hər hansı təsirinin qeydə alınmadığını bildirib.
Mövsüm,
AzNews.az