Rutte: NATO-nun 5-ci maddəsi rəqibləri çaşdırmaq üçün qəsdən qeyri-müəyyən saxlanılıb

23 Sentyabr 2026 17:55 (UTC+04:00)

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi rəqibləri çaşdırmaq məqsədilə qəsdən qeyri-müəyyən formada yazılıb.

Bu barədə alyansın baş katibi Mark Rutte Çikaqo Qlobal Məsələlər Şurasının tədbirində bildirib.

“5-ci maddəyə gəlincə, onun ifadəsi qəsdən qeyri-müəyyən saxlanılıb. Biz heç kimə bu maddənin konkret olaraq nə vaxt qüvvəyə mindiyini, nə vaxt isə qüvvədə olmadığını dəqiq söyləməyəcəyik ki, rəqiblərimiz qarşısında kartlarımızı açmayaq”, - deyə o bildirib.

Rutte qeyd edib ki, hibrid təhdidlər zamanı NATO-nun bir sıra cavab variantları mövcuddur və onların bir hissəsi gizli saxlanılacaq. O əlavə edib ki, cavab simmetrik və ya asimmetrik ola bilər.

Mövsüm,

AzNews.az