ABŞ Prezidenti Donald Tramp Kanada hökumətinə reaksiya verib.
Tramp sosial media hesabında etdiyi paylaşımda Kanadanın miqrasiya siyasətini tənqid edib.
Tramp Kanadanın milyonlarla insanı nəzarətsiz şəkildə ölkəyə qəbul etdiyini iddia edib.
ABŞ Prezidenti sözlərinin davamında bu vəziyyətin yaxın zamanda idarəolunmaz miqyasda problemlərə səbəb olacağını bildirib.
Nəzarətsiz miqrasiyanın ölkənin iqtisadi göstəricilərinə və işsizlik səviyyəsinə də təsir etməyə başladığını bildirən Tramp belə deyib:
“Kanada milyonlarla insanı faktiki olaraq nəzarətsiz və yoxlanılmadan ölkəyə qəbul etməklə özünü məhv edir. Bu insanlar tezliklə öhdəsindən gəlmək mümkün olmayacaq qədər böyük problemlərə səbəb olacaqlar. Bu, çox pis nəticələnəcək liberal hakimiyyətdir. Bunun əlamətləri artıq özünü göstərməyə başlayıb. İşsizlik səviyyəsi çox yüksəkdir. Ah, Kanada!”
Mövsüm,
AzNews.az