Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.