Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən mümkün hərbi müdaxilə ssenarisini nəzərdən keçirib, lakin belə bir ehtimalı çox aşağı qiymətləndirib.
Bunu Kanadanın Baş naziri Mark Karni “The New York Times“a müsahibəsində bildirib. Onun sözlərinə görə, məsələ ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ilə bağlı əvvəlki açıqlamaları fonunda risklərin qiymətləndirilməsi çərçivəsində nəzərdən keçirilib.
“Bu, əsas ssenari deyil, lakin buna hazırlaşmamaq məsuliyyətsizlik olardı”, – Karni bildirib.
Baş nazir Kanada ordusunun ABŞ-ın “Starlink” peyk rabitəsindən asılılığını azaltmaq istədiyini də qeyd edib. Onun sözlərinə görə, Ottawa bu sahədə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.