Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin və bu məsələyə görə məsuliyyətli mövqe nümayiş etdirilməsinin vacibliyini bildirib.
“Biz tərəflərin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsində məsuliyyətli mövqe tutmasını gözləyirik. Türkiyə ticarət gəmilərinə endirilən zərbələrdən narahatdır”, - deyə Ərdoğanın sözlərini Türkiyə Prezident Administrasiyası yayıb.
Türkiyə lideri həmçinin Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası istiqamətində vasitəçilik səylərini və işlərini davam etdirməyə hazır olduğunu bildirib.
Mövsüm,
AzNews.az