Pezeşkian Nyu Yorkda Paşinyanla görüşdü

24 Sentyabr 2026 10:34 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Tərəflər Ermənistan-İran ticari-iqtisadi əlaqələrinin cari vəziyyətini və onların gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

N.Paşinyan və M.Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.