Üç rayonda su olmayacaq – “Azərsu”dan xəbərdarlıq

1 Oktyabr 2013 09:58 (UTC+04:00)
Bu gün Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsində su olmayacaq.

Bu barədə AzNews.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətndən daxil olub.

Qurumdan verilən məlumata görə, içməli suyun verilişində yaranan fasilə aparılan təmirlə əlaqədardır. Belə ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir. Bununla bağlı olaraq, gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzNews.az