BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb

24 Sentyabr 2026 14:31 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri ABŞ sanksiyalarına uyğun olaraq İran aviaşirkətləri tərəfindən həyata keçirilən uçuşları dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə İranın Aviasiya Təşkilatı məlumat verib.

Bildirilib ki, İran aviaşirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə bütün uçuşları gecə yarısından etibarən ləğv edilib.