Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib

24 Sentyabr 2026 18:42 (UTC+04:00)

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qəbul zamanı müxtəlif sosial, iqtisadi və hüquqi xarakterli məsələlərlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdə mülkiyyət və əmlak, məhkəmə qərarlarının icrası, sosial təminat və əlilliyin qiymətləndirilməsi, tibbi yardım, məşğulluq, vətəndaşlıq və digər hüquqi məsələlərə dair problemlər qaldırılıb.

Ombudsman hər bir müraciətçini fərdi qaydada qəbul edərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.

Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı müraciətçilərə hüquqi məsləhətlər verilib, həmçinin Ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.

Aznews.az