Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA

25 Sentyabr 2026 09:25 (UTC+04:00)

Sentyabrın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.