Nazir: "Son 5 ildə Azərbaycanda qeyri-neft sənayesi 50 % böyüyüb"

25 Sentyabr 2026 10:55 (UTC+04:00)

Son 5 ildə Azərbaycanda qeyri-neft sənayesi 50 % böyüyüb.

Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatı 2030-cu ilə qədər 82 %-ə çatacaq: "Ötən il Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 %-ni təşkil edib. 2021-2025-ci illər arasında qeyri-neft-qaz sektorunda real artım ildə orta hesabla 6 % təşkil edib, qeyri-neft sənayesi 50 % böyüyüb və qeyri-neft-qaz ixracı iki dəfəyə yaxın artıb. Əsas prioritet nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçərək ölkə iqtisadiyyatını özəl sektorun rəhbərlik etdiyi şaxələndirilib, ixracyönümlü modelə çevirməkdir".

Tranzit və logistika potensialına toxunan nazir bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib: "Dünya Bankının qiymətləndirmələrinə görə, doğru investisiyalar və səmərəlilik tədbirləri 2030-cu ilə qədər Orta Dəhliz boyunca ticarət axınlarını üç dəfə artıra və daşınma müddətini yarıbayarı azalda bilər. Bizim məqsədimiz Azərbaycandan keçən marşrutların yalnız təhlükəsiz deyil, həm də xərc və vaxt baxımından rəqabətədavamlı olmasını təmin etməkdir".