İranın dəstəklədiyi Yəmən husiləri Avropa İttifaqına (Aİ) Qırmızı dənizdə Avropa gəmilərini hədəf almayacaqlarını bildiriblər. Həmçinin hücumlarının beynəlxalq gəmiçilik fəaliyyətini pozmaq məqsədi daşımadığını açıqlayıblar.
“Financial Times” bu barədə məsələ ilə bağlı məlumatlandırılan iki diplomata istinadən cümə günü xəbər yayıb.
Məlumata görə, husilər sentyabrın 10-da Aİ-nin diplomatik xidmətinə göndərdikləri məktubda əməliyyatlarının Bab əl-Məndəb boğazından naviqasiya azadlığına təsir etməyəcəyini bildiriblər.
Mövsüm,
AzNews.az