Polis Cəmil Həsənli ilə bağlı insidenti araşdırır

1 Oktyabr 2013 11:07 (UTC+04:00)
Prezidentliyə namizəd Cəmil Həsənlinin sentyabrın 29-da "Bakı" kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində prezidentliyə namizəd Cəmil Həsənlinin "Bakı" kinoteatrında seçicilərlə görüşündə səsləndirdiyi fikirlərə etiraz etdiklərinə görə döyüldüklərini bildiriblər.

Daxil olan şikayət ərizələri əsasında polis tərəfindən araşdırma aparılır.

AzNews.az