Azərbaycan Monteneqronun ən mühüm investorlarından biridir.
AzNews.az xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Monteneqroda beynəlxalq investorların portfeli genişlənir. Azərbaycan Monteneqronun ən mühüm investorlarından biridir. Bizim flaqman layihələrimizdən biri də Azərbaycan tərəfindən maliyyələşdirilən və idarə olunan Porto Monteneqrodur”, - nazir qeyd edib.
Kordiç Monteneqronun turizm sektorunda, xüsusilə ölkənin şimalında böyük investisiya potensialının olduğunu vurğulayıb.
“Turizmimiz əsasən ölkənin cənub hissəsində cəmləşib. Lakin şimalda investisiyalar üçün böyük potensial var. Burada ziyarətlərin sayı və keyfiyyətli investisiyaların həcmi davamlı artır”, - nazir əlavə edib.
O, Monteneqronun əsas məqsədinin keyfiyyətli turistlər üçün əlverişli mühit yaratmaq olduğunu bildirib.