Xocalı və Ağdərədə şəhidlər yad edilib

27 Sentyabr 2026 13:57 (UTC+04:00)

27 Sentyabr – Anım Günü ilə əlaqədar Xocalı və Ağdərə rayonlarında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzNews.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, saat 12:00-da nəqliyyatın hərəkəti dayanıb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramla yad olunub.