Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 16:20 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.