Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı

28 Sentyabr 2026 10:27 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (21.09.2026-27.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 208 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 1436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1385,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.