Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 11:06 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də axşam radələrində Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Aznews.az xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.