ABŞ və Çin arasında uzun illərdir müxtəlif sahələrdə rəqabət və qarşıdurma yaşanır.
Xüsusilə ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə kəskinləşən bu rəqabətin təsirləri bu gün də özünü güclü şəkildə göstərir.
İki ölkə arasında üstünlük uğrunda mübarizə davam edərkən diplomatik baxımdan diqqətçəkən hadisə baş verib.
Si Cinpin ABŞ-yə gedib
Çin Prezidenti Si Cinpin həyat yoldaşı Pen Liyuanla birlikdə üç günlük rəsmi səfər çərçivəsində ABŞ-yə gedib.
ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpin və həyat yoldaşı Pen Liyuanı Ağ Evdə qəbul edib.
Melaniya və Si ayaqüstə uzun müddət söhbət edib
Si Cinpin Melaniya Trampla ayaqüstə uzun müddət söhbət edib.
Bu zaman Pen Liyuanın onların söhbətindən narahat olduğu görüntülənib.
Həyat yoldaşının kürəyinə toxunub
Si Cinpin Melaniya Trampla ayaqüstə söhbət etdiyi vaxt Pen Liyuan ərinin yanına gələrək onun kürəyinə toxunub.
İstiqamətini dəyişərək uzaqlaşıb
Pen Liyuanın toxunuşundan sonra Si Cinpin qəfil istiqamətini dəyişərək olduğu yerdən uzaqlaşıb.
Hadisə kameralara əks olunub.
Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.
Mövsüm,
AzNews.az