Ermənistanda benzinin qiyməti rekord həddə yüksəlib.
“News.am”-ın xəbərinə görə, Aİ-92 markalı benzinin bir litrinin qiyməti 600 drama (təxminən 1,65 dollar), Aİ-95 markalı benzinin qiyməti isə 620 drama (təxminən 1,71 dollar) çatıb.
Məlumata görə, “Flash Petrol” və “Max Oil” yanacaqdoldurma şəbəkələri qiymətləri öz saytlarında yeniləyib.
“Flash Petrol”un rəsmi saytında “Regular” Aİ-92 benzininin qiyməti 600 dram, “Premium” benzinin qiyməti isə 620 dram göstərilir.
Ermənistan mediasının məlumatına görə, yanacağın bahalaşması ölkədə tarixi maksimum hesab olunur.